Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

Yanvar-avqust aylarında Türkiyə dəniz limanlarından ixracın əsas istiqamətləri İtaliya, ABŞ və Misir olub

2024-cü ilin yanvar-avqust aylarında Türkiyə limanlarının yük dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,9% artaraq 356,1 milyon ton təşkil edib.

Bu barədə ölkənin Nəqliyyat və İnfrastruktur Nazirliyi yanında Dənizçilik Baş İdarəsinin hesabatında deyilir.

Avqustda Türkiyə limanlarında 42,7 milyon ton yük işlənib. Bu, 2023-cü ilin eyni ayı ilə müqayisədə 3,3% azdır. 2024-cü ilin avqust ayında ən çox yük Kocaeli (6,89 milyon ton), Əliağa (6,73 milyon ton), İsgəndərun (5,56 milyon ton), Mersin (3,81 milyon ton), Ceyhan (3,53 milyon ton), Tekirdağ (3,39 milyon ton) və Əmbərli (2,83 milyon ton) limanlarında aşırılıb.  Türkiyənin on ən böyük limanında 35,7 milyon ton yük aşırılıb ki, bu da ümumi yükün 83,5%-ni təşkil edir.

Türkiyə limanlarından ən çox ixrac edilən mallar Portland sementi (738 min ton), klinker (495,9 min ton), dizel yanacağı (455,7 min ton), alüminium filizi və konsentratı (419,7 min ton), xam neft (391 min ton), Türkiyə ixracının əsas istiqamətləri isə: İtaliya (1,13 milyon ton), ABŞ (1,06 milyon ton), Misir (992,6 min ton) olub.

İdxalda neft (2,56 milyon ton), kömür (2,36 milyon ton), metal qırıntıları (1,73 milyon ton), dizel yanacağı (1,27 milyon ton), koks (971,36 min ton) üstünlük təşkil edib. Neft, kömür, dizel və koks yükləri üzrə Rusiya əsas təchizatçı olub və avqustda Türkiyəyə 7,4 milyon ton yük ixrac edib. Sonrakı yerlərdə ABŞ (1,27 milyon ton), Misir (1,1 milyon ton), Çin (1 milyon ton) və İtaliya (698,5 min ton) gəlir.

Türkiyə limanlarında aşırılan konteynerlərin sayı 2024-cü ilin avqust ayında 6,5% artaraq 1,17 milyon TEU-ya çatıb. Bu ilin ilk 8 ayı ərzində konteynerlərin aşırılması 9,1% artaraq 9,06 milyon TEU olub.

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır