Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

Nəhəng yelkənli yük gəmisi Antarktik okeanını keçib

Fransanın “Trans Oceanic Wind Transport” şirkəti tərəfindən idarə olunan 81 metrlik yelkənli yük gəmisiAntarktik okeanını keçib. Avqustun əvvəlində Fransadan yola düşən “Anemos” gəmisi yükü Nyu Yorka çatdırıb.

“Naked Science” yazır ki, “Anemos” gəmisi qədim yelkən texnikası ilə müasir texnologiyanın vəhdətini nümayiş etdirir.

Gəmi ehtiyat üçün iki dizel-elektrik mühərriki ilə təchiz olunub, lakin onun əsas hərəkət mənbəyi küləkdir.

Yelkənlər avtomatlaşdırma vasitəsi ilə açılır ki, bu da bir nəfərə bütün qurğunu uzaqdan idarə etməyə imkan verir.

Qeyd edək ki, gəminin heyəti yeddi nəfərdən ibarətdir.

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır