Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

“Cesi Beihai” tankeri 72 min ton LNG yükü ilə “Sinopec Huaying” mayeləşdirilmiş təbii qaz terminalına yan alıb

“Cesi Beihai” tankeri Avstraliyadan idxal edilən 72 min ton LNG yükü ilə Çinin Quandun əyalətindəki “Sinopec Huaying” mayeləşdirilmiş təbii qaz (LNG) terminalına yan alıb. Tankerin gəlişi Quandunda “Sinopec Huaying” LNG terminalı layihəsinin birinci mərhələsinin istismara verilməsi ilə əlamətdar olub.

Bu barədə şirkətin mətbuat xidməti sosial şəbəkələrdə məlumat yayıb.

Birinci mərhələdə terminal ildə 6 milyon tona qədər LNG qəbul və emal edə biləcək.

İkinci mərhələ başa çatdıqdan sonra terminalın ötürmə qabiliyyəti ildə 12 milyon ton təşkil edəcək. LNG saxlama çənləri “Sinopec”-in, o cümlədən dünya üzrə LNG satışı və bunker əməliyyatları da daxil olmaqla, beynəlxalq biznesini dəstəkləmək üçün istifadə olunur.

“Sinopec” müstəqil və ya tərəfdaşlarla birgə tikilmiş 12 LNG terminalını idarə edir. Bu terminallar ümumilikdə 110 milyon tondan çox ( 159 milyard kubmetr təbii qaz) mayeləşdirilmiş təbii qaz emal edib. Bu həcm demək olar ki, 880 milyon ailənin illik tələbatını ödəməyə kifayət edir. 

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır