Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

Hamina-Kotka limanına yük əməliyyatları üçün 1514 gəmi yan alıb

2024-cü ilin yanvar-avqust aylarında Finlandiyanın Hamina-Kotka limanının yük dövriyyəsi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 7,8% azalaraq 9,1 milyon ton təşkil edib.

Liman administrasiyasının məlumatına görə, ixrac yüklərinin aşırılması 9,9% azalaraq 5,8 milyon tona, İdxal olunan yüklərin aşırılması 4% azalaraq 3,28 milyon tona düşüb. 

Tranzit daşıma 27,1% azalaraq 1,61 milyon ton olub.

Hesabat dövründə 121,89 min ton kabotaj yükləri işlənib ki, bu da keçən ilin müvafiq dövründən 28,2% azdır.

Limanın konteyner dövriyyəsi 5,9% azalaraq 383,91 min TEU təşkil edib.

2024-cü ilin yanvar-avqust aylarında limana keçən ilin müvafiq dövründən 4,2% az - 1514 gəmi yan alıb.

Qeyd edək ki, 2023-cü ildə limanın yük dövriyyəsi 14,12 milyon ton təşkil edib.

Seanews.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır