Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-09-19,
Seanews
Heyder Eliyev

Qara dənizdə taxıl daşıyan gəmidə partlayış baş verib

Qara dənizdə taxıl yükləri daşıyan Sent Kitts və Nevis bayraqlı gəmi Rumıniya Sahil Mühafizəsinə göyərtəsində partlayış baş verdiyi barədə məlumat verib və vəziyyətin qiymətləndirilməsi üçün Konstansa limanına marşrutun dəyişdirilməsini istəyib.

APA xəbər verir ki, bu barədə Rumıniyanın “news.ro” agentliyi məlumat yayıb.

Qeyd olunur ki, hadisə yerinə yaxınlaşan sərhəd polis gəmisi kapitanla əlaqə yaradıb, lakin o, kömək istəməyib.

“Gəmi heyətinin həyatını xilas etmək üçün sərhədçilərin müdaxiləsinə ehtiyac olmayıb”, - məlumatda deyilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır