Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-09-19,
Seanews
Heyder Eliyev

ASCO-da Braemar şirkətinin nümayəndələri ilə görüş keçirilib

ASCO-nun İdarə Heyətinin sədri Rauf Vəliyevlə Braemar şirkətinin İcraçı direktoru Ceyms Gundi, şirkətin gəmi brokeri Dan Uilmott və təhlil üzrə meneceri Henri Kurra arasında görüş keçirilib.

Görüşdə beynəlxalq yükdaşıma bazarındakı, o cümlədən tanker və quru yük daşımalarındakı mövcud vəziyyət, eləcə də gəmi inşası, təkrar bazarda gəmi alqı-satqısına dair fikir mübadiləsi aparılıb.

Tərəflər həmçinin dayanıqlı inkişafa nail olmaq məqsədilə birgə təşəbbüslərdən danışıb, müxtəlif istiqamətlərdə əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

Görüşdən sonra qonaqlar ASCO-nun “Suraxanı” gəmi-muzeyini ziyarət ediblər. Onlar bələdçilərin müşayiəti ilə muzeyin ekspozisiya zalları ilə yaxından tanış olub, Azərbaycan və dünya gəmiçilik tarixinə aid eksponatları izləyiblər.

Qeyd edək ki, Braemar investisiya, çarter, risklərin idarə edilməsi kimi sahələr üzrə müxtəlif xidmətlər təqdim edir və bu baxımdan dünyanın ən böyük gəmi brokeri şirkətlərindən biri hesab olunur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır