Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-09-28,
Seanews
Heyder Eliyev

ASCO 7-ci Çin Beynəlxalq Təchizat Zənciri və Logistika Sərgisində təmsil olunub

ASCO 7-ci Çin Beynəlxalq Təchizat Zənciri və Logistika Sərgisində Azərbaycanın milli pavilyonunun iştirakçılarından biri olub.

24-26 sentyabr tarixlərində baş tutan sərgidə Bakıda keçiriləcək COP 29 tədbiri, yaşıl nəqliyyat, Orta Dəhliz və digər istiqamətlərdə müxtəlif təqdimatlar, videoçarxlar, məhsul və həllər nümayiş etdirilib.

Sərgi çərçivəsində keçirilən görüşlərdə təchizat zəncirinin fasiləsizliyinin təmin edilməsi, beynəlxalq nəqliyyat dəhlizlərinin, xüsusilə Orta Dəhlizin rəqabətqabiliyyətliyinin artırılması istiqamətində əldə olunmuş nailiyyətlər və gələcək hədəflər ətrafında fikir mübadiləsi aparılıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır