Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-10-23,
Seanews
Heyder Eliyev

ASCO-da iqtisadçılar və nəqliyyat üzrə ekspertlərlə görüş keçirilib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) yaradılmasının 11 illiyi ilə əlaqədar Qeyri Hökumət Təşkilatlarının, beyin mərkəzlərinin nümayəndələri, nəqliyyat və maliyyə bazarları üzrə ekspertlər, iqtisadçılarla ASCO-da görüş keçirilib. İctimaiyyət nümayəndələrinə ASCO-nun dünəni, bugünkü fəaliyyəti və gələcəyə baxışına dair ətraflı məlumat verilib.

Görüşün məqsədi ASCO ilə bağlı sualları hərtərəfli cavablandırmaq, mediada və ictimai müzakirələrdə məlumatlandırmanın düzgün təşkili üçün gəmiçiliyin fəaliyyəti ilə ekspertləri yaxından tanış etmək, onların rəy və təkliflərini dinləməkdən ibarət olub.

ASCO-nun İdarə Heyətinin sədri Rauf Vəliyev, eləcə də İdarə Heyətinin üzvləri Zaur Nağıyev, Tariyel Mirzəyev, Cəlal Fərəcli, ASCO-nun Dayanıqlılıq və emissiyaların idarəolunması üzrə direktoru Ələkbər Əzizli təqdimatlarla çıxış ediblər.

ASCO-nun rəhbər şəxsləri ötən dövr ərzində dəniz gəmiçiliyi sahəsində daşımaların artırılması istiqamətində Prezident İlham Əliyevin qarşıya qoyduğu tapşırıqların icrası, ASCO-nun beynəlxalq nəqliyyat-kommunikasiya layihələrində, o cümlədən Orta Dəhlizin inkişafında rolu və əhəmiyyəti barədə ətraflı məlumat veriblər. Həmçinin qonaqlara investisiya layihələri, donanmanın yenilənməsi proqramı, Xəzərdənkənar sularda fəaliyyətin genişləndirilməsi strategiyası, sıfır emissiya hədəfinə çatmaq istiqamətində görülən işlər, eləcə də şirkətin strateji hədəfləri, korporativ idarəetmə, dayanıqlı inkişafa dair gələcək planlarından danışıblar.

Görüşdə mövcud trendlər, geosiyasi hadisələrin, eləcə də sektorda baş verən regional və qlobal proseslərin ASCO-nun fəaliyyətinə təsirləri də müzakirə edilib.

Görüş çərçivəsində səsləndirilən bütün təklif və rəylər qeydə alınıb, ekspertləri maraqlandıran suallar ətraflı cavablandırılıb.

Müzakirələrdən sonra qonaqların “Suraxanı” gəmi-muzeyinə ekskursiyası təşkil edilib. Onlar burada Azərbaycan gəmiçiliyinin dünəni, bu günü və gələcəyini əks etdirən ekspozisiya zalları ilə yaxından tanış olublar.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır