Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-01-30,
Seanews
Heyder Eliyev

On ay ərzində Liepaya limanından 92,5 min sərnişin keçib

2024-cü ilin yanvar-oktyabr aylarında Latviyanın Liepaya limanının yük dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,4% artaraq 5,95 milyon tona çatıb.

Liman administrasiyasından “portnews””-a verilən məlumata görə, taxıl aşırılması 5% azalaraq 2,59 milyon ton təşkil edib.

Hesabat dövründə limanda 547,9 min ton (13,3% az) tikinti materialları, 212,8 min ton (7,5% az) neft məhsulları aşırılıb.

Ümumi yüklərin aşırılması 32% artaraq 1,88 milyon tona, o cümlədən taxta yüklərin aşırılması 47,3% artaraq 349,2 min tona çatıb.

On ay ərzində limandan 92,5 min sərnişin keçib ki, bu da  proqnozlaşdırıldığından 12% çox olub.

2024-cü ilin yanvar-oktyabr aylarında limana 1114 gəmi (5% az) yan aıb.

Qeyd edək ki, Liepaya limanı 1990-cı illərdə keçmiş SSRİ Hərbi Dəniz Qüvvələrinin bazasının yerində yaradılmışdır. 2023-cü ildə limanın yük dövriyyəsi 7,2 milyon ton təşkil edib

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır