Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

Baltik dənizində kabellərin qırılmasında Çinin gəmisi günahlandırılır

Finlandiya mediası Baltik dənizində iki telekommunikasiya kabelinin qırılmasında Çin gəmisini günahlandırıb.

TASS xəbər verir ki, bu barədə çərşənbə axşamı "Helsingin Sanomat" qəzeti məlumat yayıb.

Gəmilərin hərəkətini izləyən “Marinetraffic” xidmətinin məlumatına görə, Çinin “Yi Peng 3” gəmisi İsveç və Litva arasında zədələnmiş kabelin olduğu yerə yaxın olub. Həmin gəmi daha sonra Finlandiya və Almaniya arasında zədələnmiş “C-Lion1” kabeli ərazisindən keçib vəi çərşənbə axşamı günorta radələrində Danimarkanın Funen adasında olub.

“Yi Peng 3” uzunluğu 217 metr olan yük gəmisidir. Qəzet qeyd edir ki, gəmi reyestrinə görə, onun sahibi Çinin “Ningbo Yipeng Shipping” şirkətidir.

Bundan əvvəl “İlta-Sanomat” qəzeti “C-Lion1” kabelinin qırıldığı barədə məlumat yayıb. Bazar ertəsi Finlandiyanın dövlət telekommunikasiya infrastrukturu operatoru “Cinia”-nın mətbuat xidməti “C-Lion1”-in nasazlığı barədə məlumat verib. Kabelin uzunluğu 1173 km-dir və 2016-cı ildə istismara verilib. Kabel Almaniyanın Helsinki və Rostok şəhərləri arasından keçir.

Almaniya və Finlandiya xarici işlər nazirlikləri bazar ertəsi yaydıqları birgə bəyanatda onun zərərindən narahat olduqlarını və "hərtərəfli araşdırma" aparıldığını bildiriblər.

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır