Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

“Damen Shipyards” şirkətinin nümayəndə heyəti “Balkan” gəmiqayırma və gəmi təmiri zavodunda olub

“Balkan” və “Damen” gəmiqayırma zavodları birgə qazma qurğularının tikintisini planlaşdırır.

Bu barədə “korabel.ru” “Türkmənistan - Golden Age”-yə istinadən xəbər verir.

Niderlandın “Damen Shipyards” gəmiqayırma şirkətinin nümayəndə heyəti gəmiqayırma sahəsində əməkdaşlıq imkanlarını araşdırmaq üçün Türkmənistanın “Balkan” gəmiqayırma və gəmi təmiri zavodunda olub.

Tərəflər əməkdaşlığın perspektivlərini müzakirə edərək, çay dibdərinləşdirənlərin inşasına xüsusi diqqət yetiriblər. Proqramın işgüzar hissəsindən sonra qonaqlar zavoda ekskursiyaya çıxıb, burada iki yeni quru yük gəmisinin tikintisinin gedişi ilə tanış olublar.

Qeyd edilir ki, “Balkan” zavodunda bu sahədə yerli mütəxəssislər hazırlanır, qabaqcıl texnologiyalar, avtomatlaşdırılmış sistemlər tətbiq edilir. Zavodun səmərəliliyini artırmaq üçün onun maddi-texniki bazasının ardıcıl olaraq modernləşdirilməsi və yeni avadanlıqların istehsalı planlaşdırılır.

“Seanews.az” 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır