Oktyabrda Los-Anceles limanında 905 min TEU aşırılıb
2024-cü ilin yanvar-oktyabr aylarında ABŞ-ın Los-Anceles limanının konteyner dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 19% artaraq 8,41 milyon TEU-nu ötüb. Oktyabr ayında isə limanda 905 min TEU aşırılıb ki, bu da 2023-cü ilin eyni ayı ilə müqayisədə 25% çoxdur.
Bu barədə “Seanews.az” “portnews.ru”-ya istinadən xəbər verir.
Oktyabrda idxal üçün yüklü konteynerlərin aşırılması 462,7 min TEU (+24%), ixrac üçün yüklü konteynerlərin aşırılması isə 122,7 min TEU (+1%) təşkil edib.
Hesabat ayı ərzində boş konteynerlərin dövriyyəsi 319,57 min TEU-ya (+38%) çatıb.
Qeyd edək ki, San Pedro körfəzində, şəhər mərkəzindən 20 mil məsafədə yerləşən Los Anceles limanı ABŞ-ın iri dəniz limanıdır. 27 terminalında ildə 190 milyon tona qədər müxtəlif yüklər aşırılır. 2023-cü ildə limanın konteyner dövriyyəsi əvvəlki illə müqayisədə 13% azalaraq 8,6 milyon TEU təşkil edib.
“Seanews.az”


