Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

Mayeləşdirilmiş təbii qazla işləyən yeni konteyner gəmiləri “HMM Ocean” və “HMM Sky” adlandırılıb

 “HMM” şirkəti Busanda hər birinin tutumu 7,7 min TEU olan və Cənubi Koreyanın mayeləşdirilmiş təbii qazla (LNG) işləyən ilk iki yeni konteyner gəmisinə ad verilməsi mərasimi keçirib.  

“Korea Economic Daily” nəşri xəbər verir ki, “HMM Ocean” və “HMM Sky” adlandırılan gəmilər 2025-ci ilin yanvarından Aralıq dənizi - Şərqi Asiya marşrutu ilə üzəcək.

Konteyner gəmilərinin tikintisi üçün sifariş Cənubi Koreyanın “HJ Shipbuilding & Construction” (“HJ S&C”) tərsanəsinə yunan gəmi sahibi Navios tərəfindən verilib. “HMM” bu gəmiləri 14 illik çarter müqaviləsi əsasında istismar edəcək.

Qeyd edək ki, Cənubi Koreyanın “HMM “şirkəti dünyanın ən böyük inteqrasiya olunmuş nəqliyyat, logistika və daşıma şirkətlərindən biridir. Gücünə görə dünyanın 100 ən böyük gəmiçilik şirkəti arasında səkkizinci yeri tutur. “HMM”-nin gəmiləri 50-dən çox xətti marşruta xidmət edir və dünya üzrə 100-dən çox limana səfərlər edir. Donanmaya ümumi tutumu 880 min TEU-dan çox olan 80 gəmi daxildir.

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır