Müxtəlif ölkələrdən turistləri daşıyan yaxta Misir sahillərində batıb
Bu gün Misir sahillərində turistlərin olduğu “Sea Story” yaxtası batıb.
“RİA Novosti” bu barədə Qırmızı dəniz vilayətinin administrasiyasına istinadən xəbər verir.
Marsa Aləmin şimalında turist yaxtasının yerli vaxtla səhər saat 5.30-da batması xəbəri yayılıb.
Hadisə zamanı gəmidə müxtəlif ölkələrdən 31 turist və 14 heyət üzvü olub.
Sağ qalanlardan bəziləri tapılıb və axtarışlar davam edir.
“Seanews.az”
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


