Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-30,
Seanews
Heyder Eliyev

Həştərxan zavodlarında Qazaxıstan üçün səkkiz gəmi tikilir

Rusiya və Qazaxıstan arasında “XX Regionlararası Əməkdaşlıq Forumu” çərçivəsində Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin Manqistau vilayətinin rəhbərinin müavini Tilegen Abışev ilə Qazaxıstanın gəmiqayırma sifarişlərini müzakirə edib.

Bu barədə “korabel.ru” Həştərxan vilayəti hökumətinin mətbuat xidmətinə istinadən xəbər verir.

Hazırda qazaxıstanlı tərəfdaşlar üçün vilayətin gəmiqayırma zavodlarında iki dibdərinləşdirən gəmi, iki şalanda və dörd yedək gəmisi tikilir.

Həmçinin, qubernatorun sözlərinə görə, vilayət qazaxıstanlı tələbələri Xəzər Dəniz və Çay Nəqliyyatı İnstitutunda təhsil almaq üçün Həştərxana qəbul etməyə hazırdır.

Əvvəllər xəbər verildiyi kimi, Həştərxan vilayətində yerləşən gəmiqayırma müəssisələrində Xəzəryanı ölkələr üçün gəmilərin seriyalı istehsalı planlaşdırılır.

“Seanews.az” 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır