Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-04,
Seanews
Heyder Eliyev

Ənzəli limanı yük ixracını təxminən bir yarım dəfə artırıb

Cari İran təqvim ilinin birinci yarısında (martın 20-dən sentyabrın 21-dək) ​​İranın şimalındakı Ənzəli limanında 924,5 min ton yük aşırılıb.

“korabel.ru” “İran.ru”-ya istinadən xəbər verir ki, bu barədə Gilan əyalətinin limanlar və naviqasiya departamentinin rəhbəri Hüseyn Yunesi bildirib.

İdarə rəisinin sözlərinə görə, cari ilin birinci yarısında limandan ixrac ötən ilin müvafiq dövrü ilə müqayisədə 47% artıb.

Ümumilikdə, hesabat dövründə İran limanlarında 81 milyon ton yük aşırılıb. Ötən ilin birinci yarısında isə bu rəqəm 76 milyon ton olub.

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır