Finlandiya məhkəməsi “Eagle S” tankerinin ekipajına bəraət qazandırıb
Finlandiya məhkəməsi ötən il Baltik dənizində enerji və rabitə xətlərini zədələməkdə ittiham olunan “Eagle S” tankerinin kapitanı və iki zabitinə qarşı işi xitam edib.
Qərarda qeyd olunub ki, prokurorluq ekipajın qəsdən hərəkət etdiyini sübut edə bilməyib və hadisə “naviqasiya insidenti” kimi qiymətləndirilib.
Prokurorların məlumatına görə, tanker 11 tonluq lövbərini 90 km məsafədə sürükləyərək Estlink 2 kabelini və dörd internet xəttini qırıb. Müdafiə tərəfi isə lövbərin texniki nasazlıq səbəbindən xəbərsiz düşdüyünü bildirib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


