Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-01-17,
Seanews
Heyder Eliyev

Çin Arktika marşrutuna üz tutur, böyük daşıyıcılar isə hələ də imtina edir

 Bloomberg xəbər verir ki Çin yenidən Rusiya ilə Şimal qütbü arasındakı “Şimal Dəniz Marşrutu” ilə yüklərin daşınmasına başlayıb. Lakin dünyanın aparıcı konteyner daşıyıcıları bu istiqaməti hələ də təhlükəsiz, ekoloji və kommersiya baxımından səmərəli hesab etmirlər.

Dünyanın ən böyük konteyner daşıyıcısı MSC müştərilərinə göndərdiyi bildirişdə Arktika marşrutundan istifadə etməmək öhdəliyini bir daha təsdiqləyib. Şirkət qeyd edib ki, marşrut bölgənin həssas ekosisteminə və buz qatına zərər verə bilər, həmçinin oradakı icmalar üçün risk yaradır.

Digər aparıcı daşıyıcılar – Maersk, CMA CGMHapag-Lloyd da 2019-cu ildən qüvvədə olan “Arktik Göndərişlər üzrə Korporativ Öhdəlik” sazişinə sadiq qalaraq bu marşrutdan istifadə etməyəcəklərini bildiriblər.

Hazırda Çinlə Rusiya arasında fəaliyyət göstərən bəzi gəmilər bu xətti sınaq məqsədilə istifadə edir. Onlardan biri – “Istanbul Bridge” adlı konteyner gəmisi avqustda Rusiyanın Sankt-Peterburq limanından çıxaraq Arktika marşrutu ilə Çinə, daha sonra Avropaya yüklər daşıyıb.

Mütəxəssislər hesab edirlər ki, bu reyslər Çin üçün yeni ticarət yollarını sınamaq və təcrübə toplamaq baxımından əhəmiyyət daşıyır. Lakin buzlaqların qalınlığı, naviqasiya məhdudiyyətləri və əlavə xərclər səbəbindən bu marşrutun böyük miqyasda istifadə üçün hələ uyğun olmadığını bildirirlər.

Maersk şirkəti bəyan edib: “Arktika marşrutu üzrə təhlükəsizlik, infrastruktur və gəmi ölçüləri ilə bağlı ciddi məhdudiyyətlər var. Bundan başqa, bizim Rusiyada heç bir kommersiya fəaliyyətimiz yoxdur.”

Ekspertlər hesab edirlər ki, Arktikanın “yeni Süveyş kanalı”na çevrilməsi hələ mümkün deyil.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır