Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-11-18,
Seanews
Heyder Eliyev

Atlantik okeanında "Melissa" qasırğası 4-cü kateqoriyaya qədər zəifləyib

Atlantik okeanında formalaşan "Melissa" qasırğası 4-cü kateqoriyaya qədər zəifləyib və tədricən Yamaykadan Kubaya doğru istiqamət alıb.

"Report"un xəbərinə görə, bu barədə ABŞ-nin Qasırğaları Müşahidə Milli Mərkəzi məlumat yayıb.

Mərkəz bildirib ki, saat 16:00-a (Bakı vaxtı ilə saat 00:00) olan məlumata görə, "Melissa" saatda 240 km (150 mil/saat) sürətlə əsən 4-cü kateqoriyaya malikdir. Qasırğa Yamayka ərazisini tərk edərək Karib dənizi vasitəsilə Kubaya doğru hərəkət edir.

Kuba hakimiyyəti daha əvvəl bildirib ki, "Melissa" qasırğasının Kubanın şərq sahillərinə təsir edəcəyi gözlənilir. Hazırda ehtiyat tədbirləri görülür və təxliyə işləri aparılır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır