Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-11-18,
Seanews
Heyder Eliyev

ASCO əməkdaşları könüllü qanvermə aksiyasında iştirak ediblər

ASCO-nun Zığ Gəmi Təmiri və Tikintisi Zavodunda və Bibiheybət Gəmi Təmiri Zavodunda hemofiliya, talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkənlərə yardım məqsədilə könüllü qanvermə aksiyası keçirilib.

Qanvermə aksiyası ASCO-nun və Səhiyyə Nazirliyi Respublika Qan Bankının birgə təşəbbüsü ilə “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində baş tutub.

Aksiyada ASCO-nun rəhbərliyi, struktur bölmələrin əməkdaşları iştirak ediblər.

Həkim-hematoloqlar tərəfindən hər bir donorun sağlamlığı öncədən yoxlanılıb, hərtərəfli tibbi müayinədən sonra onlardan qan götürülüb. Tədarük olunan qan hemofiliyalı və talassemiyalı xəstələrin, həmçinin qana ehtiyacı olan digər şəxslərin müalicəsində istifadə olunacaq.

Aksiyada iştirak edənlər qanvermənin savab iş olduğunu vurğulayıb, belə təşəbbüslərdə iştirak etməyin vətəndaşlıq borcu olduğunu bildiriblər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır