Beynəlxalq Dəniz Texnologiyalarının İnkişafı və İnnovasiya Mərkəzi təsis olunub
“Lloyd’s Register” “COSCO Shipping Group”, “Shanghai Jiao Tong University” və “University of Southampton” ilə birgə Beynəlxalq Dəniz Texnologiyalarının İnkişafı və İnnovasiya Mərkəzi təsis edib.
"Seanews.az" xəbər verir ki, mərkəz sıfır karbonlu texnologiyalar, ağıllı gəmi sistemləri və rəqəmsal innovasiyalar üzrə qlobal tədqiqat platforması kimi fəaliyyət göstərəcək.
Mərkəzə “COSCO Shipping Group” rəhbərlik edəcək. Tərəfdaşlar texniki standartlar, alternativ yanacaqlar, gəmi performansı və rəqəmsal modelləşdirmə üzrə biliklərini birləşdirəcəklər.
“Lloyd’s Register”in baş icraçı direktoru Nik Braun bildirib ki, bu əməkdaşlıq enerji keçidi prosesində praktiki nəticələr əldə etməyə imkan yaradacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


