Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-11-18,
Seanews
Heyder Eliyev

ADK-da Zəfər Günü və Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Dənizçilik Kollecində Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü ilə əlaqədar “Bayraq qürurumuz, Zəfər tariximiz” adlı tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Vətən uğrunda canından keçmiş Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Kollecin rəhbərliyi, müəllim heyəti, tələbələr və Xətai Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Turan Kərimzadə və Bakı Şəhər Gənclər və İdman İdarəsinin Xətai rayonu üzrə baş məsləhətçisi Dilşad Nuriyeva iştirak ediblər.

Tədbirdə Vətən müharibəsindən, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin sərkərdəlik məharətindən, əsgər və zabitlərimizin, kollecin şəhid və qazi tələbələrinin qəhramanlıq və şücaətindən, parlaq Zəfər tariximizdən danışılıb. Bundan başqa, tədbirdə illərin müqəddəs üçrəngli bayrağımıza həsr olunmuş videoçarx nümayiş olunub, vətənpərvərlik ruhunda şeirlər və mahnılar səsləndirilib, tələbələrin ifasında səhnəciklər təqdim edilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır