Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-11-24,
Seanews
Heyder Eliyev

Azərbaycan Dövlət Dəniz Akademiyasında İİV/QİÇS mövzusunda maarifləndirmə tədbiri keçirilib

Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzi “Azərbaycanda Avropa İİV-ə Testləşmə Həftəsi” və “1 dekabr – Ümumdünya QİÇS-lə Mübarizə Günü” çərçivəsində Azərbaycan Dövlət Dəniz Akademiyasında maarifləndirmə tədbiri keçirib.

Tədbirin məqsədi İmmunitet Çatışmazlığı Virusunun erkən aşkar edilməsinə diqqəti artırmaq, əhalinin İİV/QİÇS barədə məlumatlılığını yüksəltmək, həmçinin sağlam və təhlükəsiz həyat tərzinin təbliğinə dəstək vermək olub.

Təcrübəli həkimlərin iştirakı ilə keçirilən görüşdə tələbələrə İİV/QİÇS-in profilaktikası, xəstəliyin tarixi, yoluxma yolları, müayinə və müalicə imkanları haqqında geniş məlumat verilib. Mütəxəssislər tələbələrin ünvanladıqları sualları cavablandırıblar.

Sonda iştirakçılara İİV/QİÇS mövzusunda maarifləndirici broşür və bukletlər təqdim olunub, xəbərdaredici məlumatlar çatdırılıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır