Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-11-29,
Seanews
Heyder Eliyev

ASCO sədri gənc əməkdaşlarla görüş keçirib

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) İdarə Heyətinin sədri Rauf Vəliyev üzən və sahil heyətdə çalışan bir qrup gənc əməkdaşla qeyri-rəsmi formatda görüş keçirib.

Görüşdə Rauf Vəliyev ASCO-da insan kapitalının davamlı inkişafının prioritet məsələ olduğunu, bu istiqamətdə hər zaman gənclərin potensialından istifadə edildiyini bildirib. O qeyd edib ki, şirkətdə gənclərin təşəbbüsləri daim dəstəklənir və onların inkişafı üçün yaradılan şərait davamlı təkmilləşdirilir.

Sədr bu formatda görüşlərin gələcəkdə də mütəmadi olaraq keçiriləcəyini vurğulayıb.

Daha sonra gənclər görüşlə bağlı təəssüratlarını bölüşüb, diqqətə görə minnətdarlıqlarını bildiriblər.

Görüş müzakirə formatında davam etdirilib, sədr əməkdaşları maraqlandıran sualları cavablandırıb, onların rəy və təkliflərini dinləyib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır