Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-11-29,
Seanews
Heyder Eliyev

Ukraynalı uşaqlar “Suraxanı” gəmi-muzeyini ziyarət ediblər

Sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin olunmaq məqsədilə ölkəmizə gələn ukraynalı uşaqlar ASCO-nun “Suraxanı” gəmi-muzeyini ziyarət ediblər.

Uşaqlara muzeyin yaranma tarixi, burada nümayiş olunan dənizçilik irsini əks etdirən eksponatlar, nadir sənədlər və fotoşəkillər haqqında ətraflı məlumat verilib. Ziyarətçilər muzeydə tətbiq olunan artırılmış reallıq sistemləri, interaktiv oyunlar və müasir multimedia avadanlıqları ilə daha yaxından tanış olublar.

Azərbaycan və dünya gəmiçiliyinə dair zəngin eksponatların sərgiləndiyi “Suraxanı” gəmi-muzeyini ziyarət ukraynalı uşaqlarda xoş təəssürat yaradıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır