Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-12-03,
Seanews
Heyder Eliyev

Hər kəsin bərabər hüquqlara malik olduğu inklüziv cəmiyyət üçün! - VİDEO

Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə və inklüziv cəmiyyətin təşviqinə həsr olunmuş maarifləndirici videoçarx hazırlanıb.

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyevanın təşəbbüsü ilə “Hər kəsin bərabər hüquqlara malik olduğu inklüziv cəmiyyət üçün!” şüarı altında hazırlanan videoçarx 3 Dekabr – Beynəlxalq Əlilliyi olan Şəxslər Gününə xüsusi olaraq təqdim edilib.

Videoçarxın məqsədi əlilliyi olan şəxslərin hüquqlarının tam və bərabər şəkildə həyata keçirilməsinin vacibliyinə diqqət çəkmək, onların ictimai həyata fəal qoşulmasına mane olan sosial və fiziki baryerlərin aradan qaldırılmasının əhəmiyyətini vurğulamaqdır. Material, həmçinin ombudsmanın BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyası üzrə üzərinə götürdüyü müstəqil monitorinq mexanizmi səlahiyyətləri barədə ictimai məlumatlılığı artırmağa xidmət edir.

Hazırlanan videoçarx ölkəmizdə inklüzivlik mədəniyyətinin genişlənməsinə, cəmiyyətin bütün təbəqələrində əlilliyi olan şəxslərin hüquqlarına hörmətin gücləndirilməsinə mühüm töhfə verəcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır