Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-23,
Seanews
Heyder Eliyev

Ümummilli lider Heydər Əliyev dənizçilərin əməyini hər zaman yüksək qiymətləndirirdi

1970-ci il iyunun 24-də Mərkəzi Komitənin büro iclasında yenidən Gəmiçiliyin fəaliyyəti, dənizçilərin gərgin əməyi gündəmə gəlir. Bu dəfə Xəzər Dəniz Gəmiçiliyi İdarəsi xalq təsərrüfatının inkişafına verdiyi  böyük töhfəyə görə  Azərbaycan SSR Ali Soveti Reyasət Heyətinin Fəxri fərmanı ilə təltif olunur.

HƏMÇİNİN BAX : Ulu Öndər Heydər Əliyevin dəniz gəmiçiliyinin inkişafı strategiyası

Gəmiçiliyin fəaliyyətində xüsusi rolu olan ayrı-ayrı əməkdaşlar  müxtəlif fəxri adlara layiq görülür, onlarla işçi respublika Ali Sovetinin Fəxri fərmanları ilə təltif edilir. 

Həmin il dekabrın 15-də keçirilən büro iclasında isə Xəzər Dəniz Gəmiçiliyinin 99 işçisinin orden və medallarla təltif edilməsi barədə Sov.İKP MK qarşısında vəsatətin qaldırılmasına dair qərar qəbul edilir. Təltifat siyahısına soyadları daxil edilmiş 99 nəfərdən 4-ü Sovet İttifaqının 1930-cu ildə təsis edilmiş ən yüksək mükafatına – “Lenin” ordeninə təqdim olunur.

Mükafatlandırma hadisəsi sübut edir ki, ölkə rəhbəri tələbkar olduğu qədər də ədalətlidir. Əmək meydanında fərqlənən əməkçinin qədrini bilir, ondan öz qayğısını əsirgəmir.

Heydər Əliyev gərgin iş qrafikinə baxmayaraq zəhmətkeşlərlə görüşməyə, onların işi və güzəranı ilə maraqlanmağa, onları ruhlandırmağa  vaxt tapırdı.

Təqdim etdiyim fotoda məhz belə görüşlərdən biri öz əksini tapıb. Foto Heydər Əliyev Dənizçilərin mədəniyyət evində dənizçilərlə səmimi görüşüb söhbətləşən zaman çəkilib.

Yadımdadır, 1968–1987-ci illərdə Xəzər Dəniz Gəmiçiliyinin rəisi işləmiş Cabbar Həşimov 1969-cü il iyulun 22-də keçirilən büro iclasının və Dənizçilərin mədəniyyət evində baş tutmuş həmin görüşün təəssüratını mənimlə bölüşərkən Heydər Əliyevin bir Şəxsiyyət kimi böyüklüyündən söz açaraq insan heysiyyatının toxunulmazlığına hörmətlə yanaşdığını, insanların istedad və qabiliyyətlərini yüksək dəyərləndiyini, müsahibinə qarşı diqqətli, səmimi olduğunu xüsusi qeyd etmişdi. Respublika rəhbərinin işinin çoxluğuna, vaxtının azlığına baxmayaraq dənizçilərin ehtiyacları, problemləri ilə maraqlanmasından, əməkçilərlə formal deyil, məhz ürəklə, səmimi görüşməyindən, onlara qayğı ilə yanaşmasından və bu görüşün kollektivdə necə bir canlanma, həvəs yaratmasından Cabbar müəllim böyük məmnuniyyətlə danışırdı.

Sevda Abdullayeva - ASCO-nun İctimaiyyətlə əlaqələr departamentinin aparıcı mütəxəssisi


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır