Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-07-25,
Seanews
Heyder Eliyev

#UnutsaqUnudularıq: Gəmi təmirçiliyinə həsr olunmuş ömür – “Şöhrət” ordenli Həqiqət Qasımov

Həqiqət Qasımov 1934-cü il iyulun 24-də Ağsu rayonunun Zarqava kəndində anadan olub.

Əmək fəaliyyətinə 1952-ci ildə Xəzər Dəniz Gəmiçiliyinin Zaqfederasiya adına Cəmi Təmiri Zavodunda fəhlə kimi başlayıb.

1958–1963-cü illərdə Bakı Dəniz Yolları Məktəbinin qiyabi şöbəsində təhsil alıb. Daha sonra istesalatdan ayrılmadan Odessa Dəniz Donanması Mühəndisləri İnstitutunda təhsilini davam etdirib. 1970-ci ildə “Mühəndis-mexanik” ixtisası üzrə diplom alıb.

1970–2000-ci illərdə ali təhsilli mütəxəssis qaynaq sahəsinin rəis müavini, çilingər sahəsinin rəisi, direktor müavini və direktor vəzifələrində çalışaraq zəngin təcrübə toplayıb.

Yüksək təşkilatçılıq qabiliyyəti və liderlik keyfiyyətləri ilə seçilən Həqiqət Qasımov 2001-ci ildə Xəzər Dəniz Gəmi Təmiri İstehsalat Birliyinin Baş direktoru vəzifəsinə təyin edilib və bu vəzifədə 2009-cu ilədək çalışıb.

H.Qasımovun fədakar əməyi yüksək dəyərləndirilib. O, “Şərəf nişanı” (1963), “Qırmızı Əmək Bayrağı” (1975), “Xalqlar Dostluğu” (1981) və “Şöhrət” (2003) ordenləri ilə təltif edilib. “Dəniz Donanmasının Fəxri işçisi” adına layiq görülüb.

Böyük hörmət sahibi Həqiqət Yunus oğlu Qasımov 2016-cı ilin iyul ayının 2-də 82 yaşında dünyasını dəyişib.

Sevda Abdullayeva - ASCO-nun İctimaiyyətlə əlaqələr departamentinin aparıcı mütəxəssisi


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır