Yaponiya sentyabrda 16 gəmi tikintisi üzrə sifariş alıb
Yaponiya bu ilin sentyabrında 16 gəmi tikintisi üzrə sifariş alıb. Bu, avqust ayı ilə müqayisədə 1 ədəd çoxdur.
“Seanews.az” xəbər verir ki, bu barədə Yaponiya Gəmi İxracatçıları Birliyi məlumat yayıb.
Birlikdən bildirilib ki, cari ilin yanvar-sentyabrında ümumilikdə 214 gəmi sifarişi qeydə alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 22,8 faiz azdır.
Bundan başqa, Yaponiya avqustda 14, sentyabrda 16 gəmi ixrac edib.
Ümumilikdə, ilin 9 ayında ixrac olunan gəmi sayı 136 ədəd olub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 17,4 faiz azalma deməkdir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır