Mərmərə dənizində iki gəmi toqquşub
İstanbulda, Mərmərə dənizində “New Horizon” və “Lady Nurgul” yük gəmiləri toqquşub.
“Seanews.az” xəbər verir ki, hər iki gəmiyə ziyan dəyib. Lakin ziyanın miqyası barədə məlumat yoxdur.
Hadisədən sonra gəmilər lövbər atıblar.
Qeyd edək ki, hadisə zamanı “New Horizon” gəmisi Ukraynaya, “Lady Nurgul” gəmisi isə İtaliyaya gedirdi.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır