Hər yeni konteyner gəmisi 239,5 milyon dollara başa gələcək
“COSCO Shipping Holdings” şirkəti metanolla işləyəcək 24 min TEU tutumlu 12 konteyner gəmisinin tikintisi üçün müqavilələr imzalayıb.
“Seanews.az” korabel.ru”-ya istinadən xəbər verir ki, hər bir gəminin dəyəri 239,5 milyon dollar qiymətləndirilir, sifarişin ümumi dəyəri isə 2,9 milyard dollardan bir qədər azdır.
12 konteyner gəmisindən beşi “COSCO”-nun “Kawasaki Heavy Industries” şirkəti ilə birgə müəssisəsi olan “Dalian Cosco KHI Ship Engineering” (“DACKS”) tərəfindən inşa ediləcək. Çatdırılma 2027-ci ilin fevralından 2028-ci ilin iyun ayına qədər müddətə planlaşdırılıb, operator “COSCO” qrupuna daxil olan şirkət olacaq.
İkinci "hissə"yə daxil olan yeddi gəmi “COSCO” və “Kawasaki Heavy Industries”-in birgə müəssisəsi - “Nantong Cosco KHI Ship Engineering” (“NACKS”) tərəfindən tikiləcək. Bu gəmilər 2026-cı ilin üçüncü rübündən 2028-ci ilin üçüncü rübünə qədər olan müddətdə sifarişçiyə təhvil verilməlidir. Onlar “COSCO”-nun vaxtında aldığı “OOIL” şirkəti üçün nəzərdə tutulub.