Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2023-12-05,
Seanews
Heyder Eliyev

İsveçin yeni kəşfiyyat gəmisi dəniz sınaqlarına başlayır

İsveç Donanmasının siqnal kəşfiyyat imkanlarını artırmaq üçün 2017-ci ildə “Saab” şirkətindən sifariş edilən “HMS Artemis” kəşfiyyat gəmisinin dəniz sınaqlarına başlayıb.

Ordu.az xəbər verir ki, bu barədə şirkətin sosial media hesablarında məlumat yayılıb.

İsveç Müdafiə Nazirliyi 2017-ci ildə “Saab” şirkəti ilə ölkənin Hərbi Dəniz Qüvvələrinin siqnal kəşfiyyatı imkanlarını artırmaq üçün müqavilə imzalayıb. “Saab” şirkəti tərəfindən həyata keçirilən layihədə gəminin ilk polad kəsimi 2018-ci ilin mart ayında edilib. Bu çərçivədə “HMS Artemis” adı verilən gəmi Karlskronada dəniz sınaqlarına başlayıb.

“HMS Artemis”in xidmətə girməsi ilə 1984-cü ildən İsveç Donanmasında xidmətdə olan “HMS Orion”un istismardan çıxarılması planlaşdırılır.

“Yeni gəmi sələfindən daha uzun, hündür və enlidir. Ancaq hər şeydən əvvəl, hər cəhətdən daha inkişaf etmiş bir gəmidir”, - deyə şirkət qeyd edib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır