LNG daşıyıcıları “Hudong-Zhonghua Shipbuilding” gəmiqayırma zavodunda tikiləcək
“Mitsui OSK Lines” (“MOL”) “QatarEnergy” ilə daha üç LNG daşıyıcısı üçün uzunmüddətli taym-çarter müqaviləsi imzalayıb.
“Seanews.az” xəbər verir ki, LNG daşıyıcıları Çinin “Hudong-Zhonghua Shipbuilding” gəmiqayırma zavodunda tikiləcək. Gəmilərin istismara verilməsi 2027-ci ilə planlaşdırılır.
Bu ilin aprelində “MOL” şirkəti “QatarEnergy” ilə dörd LNG daşıyıcısı üçün uzunmüddətli taym-çarter müqaviləsi imzalayıb. Yeni sifariş nəzərə alınmaqla, yeddi qaz daşıyıcısı Qətərin dövlət layihəsinə - “North Field” yatağının genişləndirilməsinə cəlb olunacaq. Bu layihənin həyata keçirilməsinin 2027-ci ilə qədər LNG istehsal gücünün ildə 77 milyon tondan 126 milyon tona çatdırılacağı güman edilir. Hər birinin tutumu 174 000 kubmetr olan ilk dörd LNG daşıyıcısı “Hudong-Zhonghua” gəmiqayırma zavodunda tikiləcək. Onların çatdırılması 2024-cü ildən 2025-ci ilə qədər planlaşdırılır.
Xatırladaq ki, bu həftə “K” Line” birgə müəssisələr vasitəsilə “QatarEnergy” şirkəti ilə daha beş LNG daşıyıcısı üçün uzunmüddətli taym-çarter müqaviləsi imzalayıb. Bu ilin avqustunda “QatarEnergy” ilə imzalanmış müqavilələri nəzərə alaraq, “K” Line” ümumilikdə 12 LNG tankeri inşa edəcək.