Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2022-12-05,
Seanews
Heyder Eliyev

London üç hərbi gəminin inşası üçün Madridlə 1,8 milyard dollarlıq müqavilə imzalayıb

Böyük Britaniya İspaniyanın Navantia gəmiqayırma şirkətinin başçılıq etdiyi konsorsiumla üç hərbi-nəqliyyat gəmisinin tikintisi üçün 1,6 milyard funt sterlinq (təxminən 1,8 milyard dollar) dəyərində müqavilə imzalayıb.

AZƏRTAC Financial Times qəzetinə istinadla xəbər verir ki, Navantia tərəfindən tikiləcək gəmilər "təyyarədaşıyıcıları və esminesləri avadanlıq, sursat və ərzaqla təchiz etmək" üçün nəzərdə tutulub. Tikinti işləri 2025-ci ildə Böyük Britaniya və İspaniyada eyni vaxtda başlayacaq. Hər üç gəminin yekun montajı 1912-ci ildə batmış Titanik gəmisinin inşa edildiyi Belfastdakı tarixi gəmiqayırma zavodunda olacaq.

Müqavilə ilə bağlı rəqabətdə Navantia Britaniya gəmi istehsalçılarını - BAE Systems və Babcock International şirkətlərini üstələyib ki, bu da Birləşmiş Krallıqdakı həmkarlar ittifaqlarının mənfi reaksiyasına səbəb olub. Krallığın müdafiə naziri Ben Uolles bu cür qorxuların əsassız olduğunu bildirib.

"Bu müqavilə Britaniya gəmiqayırma zavodlarında 1,2 min iş yeri yaradacaq, konsorsium da 77 milyon funt sterlinq (təxminən 88 milyon dollar) sərmayə qoyacaq", - nazir belə deyib. Onun sözlərinə görə, “belə əməkdaşlıq gəmilərin vaxtında və büdcə çərçivəsindən kənara çıxmamaqla inşasına imkan verəcək, bu da Britaniya gəmiqayırma sənayesinin heç vaxt edə bilmədiyi bir işdir”.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır