Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-29,
Seanews
Heyder Eliyev

“KMP Mutiara I” bərəsinin göyərtəsində yanğın baş verib

Balinin şimal sahili ilə hərəkət edən “KMP Mutiara I” bərəsinin göyərtəsində yanğın baş verib.

“Bali Discovery” portalının məlumatına görə, adanın şərqindəki Karangasem Regency rayonunun sularında Bali körfəzinə daxil olarkən göyərtənin havalandırma dəliklərindən tüstü çıxmağa başlayıb.

İlkin məlumatlara görə, qısa zamanda yaxınlıqdakı bütün avtomobillərə keçən yanğının mənbəyi sənaye kimyəvi maddələrlə dolu yük maşını olub. Sərnişinlər arasında (260 sərnişin və 35 heyət üzvü) çaxnaşma düşüb - bəziləri gəmidən atılıblar. Onlar yerli balıqçılar tərəfindən sudan çıxarılıb. İki dəniz gəmisi “KAL Kadet 6” və “KAL Kadet 7” sürətlə hadisə yerinə gəldiyi üçün digər insanlar gəmidə qalmağı və evakuasiyanı gözləməyi seçiblər.

1991-ci ildə inşa edilən “KMP Mutiara I” yük və sərnişin bərəsi “PT Atosim Lampung Pelayaran” şirkətinə məxsusdur. Gəminin uzunluğu 166 metr, ümumi tutumu 11523 tondur. 2016-cı ildən  Şərqi Yava - Lombok marşrutu üzrə müntəzəm səfərlər həyata keçirir.

Gəmi Banyuvnagidəki (Şərqi Yava) Tanjungvangi limanına aparılıb. Səkkiz sərnişinin Bali ştatının Karanqasem şəhərinə endiyi məlumdur.

Tələfat və ölənlər barədə məlumat verilməyib.

Seanews.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır