Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-29,
Seanews
Heyder Eliyev

“OOCL” şirkəti üçün inşa edilmiş 24 000 TEU konteyner gəmisi suya buraxılıb

Çinin “Nantong COSCO KHI Ship Engineering” (“NACKS”) tərsanəsi “OOCL” şirkəti üçün inşa edilmiş 24 000 TEU konteyner gəmisini suya buraxıb.

“Seanews.az”ın məlumatına görə, gəminin uzunluğu 399,9 metr, eni 61,3 metr, göyərtəsinin sahəsi 3,5 standart futbol meydançası boydadır. Ekoloji cəhətdən təmiz texnologiyalardan ibarət gəminin layihəsi müstəqil olaraq “NACKS” şirkəti tərəfindən hazırlanmışdır.

Oktyabr ayında “NACKS” şirkəti  “OOCL” üçün metanol tutumlu yeddi konteyner gəmisi tikmək sifarişi aldı. Hər bir gəminin dəyəri 239,8 milyon dollar qiymətləndirilir.

“OOCL” şirkətinin konteyner gəmilərinin tikintisinə ümumi investisiyası 1,67 milyard dollar təşkil edəcək. 2026-cı ilin payızından konteyner gəmilərinin istismara verilməsi planlaşdırılır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır