Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-29,
Seanews
Heyder Eliyev

Mayeləşdirilmiş karbon qazının (CO2) daşınması üçün tankerlər tikilir

Çin gəmiqayırma şirkəti “Dalian Shipbuilding Industry Co., Ltd.” (“China State Shipbuilding Corporation Limited”-in törəmə şirkəti) mayeləşdirilmiş karbon qazının (CO2) daşınması üçün 7,5 min kubmetr tutumlu iki tankerin tikintisinə başlayıb.

 “Seanews.az”ın məlumatına görə, gəmilər Norveçin karbon tutma və saxlama layihəsi olan “Northern Lights” üçün tikiləcək.

Tankerin layihəsi “Dalian Shipbuilding Industry Co” şirkəti tərəfindən hazırlanıb. Uzunluğu 130 metr və eni 21,2 metr olacaq tanker mayeləşdirilmiş təbii qaz (LNG) və yüngül dizel yanacağı ilə işləməsi üçün iki yanacaqlı mühərriklərlə təchiz ediləcək.

İlk gəminin 2024-cü ilin birinci rübündə sifarişçiyə təhvil verilməsi planlaşdırılır.

Tankerlər Avropada sənaye müəssisələri tərəfindən istehsal olunan karbon qazını toplayaraq CO2 emalı üçün Norveçin qərb sahilindəki qəbuledici terminala daşıyacaq, sonra isə 2600 metr dərinlikdə daimi saxlama üçün dəniz dibinə vuracaq.

Daha əvvəl bildirilmişdi ki, tankerlər rotorlu yelkənlər sistemi ilə təchiz ediləcək. Finlandiyanın köməkçi hərəkət sistemləri istehsalçısı “Norsepower Oy Ltd” ilə müvafiq müqavilə bağlanıb. Hesablamalara görə, hər bir gəminin özünün innovativ köməkçi hərəkət sistemlərindən istifadə etməsi emissiyaları təxminən 5% azalda bilər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır