Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-29,
Seanews
Heyder Eliyev

“COSCO” satın aldığı gəminin adını dəyişdirərək “Chang Xing Yuan” adlandırıb

“COSCO Shipping Investment Dalian” şirkəti “Gas Aries Limited” şirkətindən “Gas Aries” tankeri alıb.

“Seanews.az” xəbər verir ki,  uzunluğu 226 metr, eni 36,6 metr olan VLGC qaz daşıyıcısının çənlərinin ümumi tutumu 81,4 min kubmetrdir.

Honkonq limanında qeydiyyatda olan gəmi 2016-cı ildə inşa edilib və yaxşı texniki vəziyyətdədir.

“COSCO Shipping Investment Dalian” satın aldığı gəminin adını dəyişdirərək “Chang Xing Yuan” adlandırıb və onu bu ildən beynəlxalq marşrutlarda qaz nəqli üçün istismar etmək niyyətindədir.

“Gas Aries”, mayeləşdirilmiş neft qazının tədarükü üçün inteqrasiya olunmuş logistikanın inkişaf etdirilməsi konsepsiyası çərçivəsində şirkət tərəfindən alınmış ilk böyük LPG tankeri idi.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır