Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-29,
Seanews
Heyder Eliyev

“Samsung Heavy Industries” bu il 35 LNG daşıyıcısının tikintisi üçün sifariş alıb

Koreyanın “Samsung Heavy Industries” şirkəti beş LNG daşıyıcısı tikmək üçün sifariş alıb.

“Seanews.az”ın məlumatına görə, müqavilənin qiyməti 1,08 milyard dollardır.

LNG daşıyıcılarının sifarişçisinin kim olduğu açıqlanmasa da, gəmilərin istismara verilməsi 2027-ci ilə planlaşdırılır.

“Samsung Heavy Industries”-in sifariş qovluğu bu il 9,2 milyard dollar dəyərində qiymətləndirilir, illik hədəf isə 8,8 milyard dollar olub.

Keçən il isə şirkət 12,2 milyard dollarlıq sifariş almışdı. Bu da illik hədəfin 134%-ni təşkil etmişdi.

Yüksək rəqəmlər qaz daşıyıcılarının tikintisinə sifarişlərin artması ilə bağlıdır.

“Samsung Heavy Industries” bu il 35 LNG daşıyıcısının tikintisi üçün sifariş alıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır