Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-29,
Seanews
Heyder Eliyev

Əsaslı təmirdən sonra  "Hüseyn Cavid" gəmisinin ilk səfəri Türkmənistanın Bekdaş limanına olub

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasına aid  “Hüseyn Cavid” universal quru yük gəmisinin əsaslı təmiri yekunlaşıb.

“Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda gəminin baş və köməkçi mühərrikləri, mexanizmləri (nasosları) təmir olunub. Eyni zamanda, gəmidə boru quraşdırma, elektrik quraşdırma, radionaviqasiya, avtomatika və gövdə qaynaq işləri görülüb.

Bundan başqa, gəminin sualtı və suüstü hissələri abraziv qumla tam təmizlənərək rənglənib, yaşayış və xidməti otaqları müasir tələblər səviyyəsində təmir olunub.

Təmir başa çatdıqdan sonra gəmi müvafiq yoxlanışdan uğurla keçib və yenidən istismara qaytarılıb.

Təmirdən sonra karbamid yükü ilə dolu gəminin ilk səfəri Türkmənistanın Bekdaş limanına olub.

Qeyd edək ki, “Hüseyn Cavid” gəmisinin uzunluğu 108,33 metr, eni 16,74 metr olan üzən vasitə 5200 ton yükgötürmə qabiliyyətinə malikdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır