Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-29,
Seanews
Heyder Eliyev

Mayeləşdirilmiş təbii qazla işləyən 339 gəmi istismar edilir

“DNV” təsnifat cəmiyyəti noyabr ayında “Alternativ Yanacaq İnsight” platformasına daha 17 iki yanacaqlı mayeləşdirilmiş təbii qaz (LNG) gəmisi əlavə edib. 2022-ci ildə belə gəmilərin ümumi sayı 203-ə çatıb ki, onların da demək olar ki, üçdə ikisi konteyner gəmiləri və avtomobil daşıyıcılarıdır.

Noyabrdakı hesabata “CMA CGM”, “Matson”, “Sallaum Lines”, “Furetank”, “Algoma Central” və “NYK Line” şirkətlərindən sifarişlər daxildir.

Bundan əlavə, noyabr ayında metanolla işləyən iki gəmi sifariş edilib.

Oktyabr ayında “DNV” təsnifat cəmiyyəti iki yanacaqlı LNG gəmiləri üçün səkkiz sifarişin verildiyini və metanolla işləyən gəmilər üçün sifarişlərin ilk dəfə LNG sifarişlərini üstələdiyini bildirib.

“DNV”-nin hesabatına görə, LNG ilə işləyən 339 gəmi artıq istismardadır, daha 518 gəminin tikintisi sifariş verilib.

Hazırda LNG ilə işləyən 46 xam neft tankeri, 42 avtomobil və sərnişin bərəsi, 42 kimyəvi tanker və 42 konteyner gəmisi istismar olunur.

Sifariş edilən LNG gəmilərinə gəlincə, konteyner gəmiləri sifarişlərin əksəriyyətini - 176 ədəd təşkil edir. Həmçinin 106 avtomobildaşıyıcı, 52 yükdaşıyıcı, 46 neft və kimyəvi tankerlər sifariş olunub. Bu statistikaya kiçik həcmli gəmilər daxil deyil.

41 LNG yanacaq təchizatı gəmisi istismardadır və daha 21-i  tikilir.

Təsdiqlənmiş LNG ilə işləyən 857 gəmidən başqa LPG ilə işləyən 143 gəmi, metanolla işləyən 82 gəmi və hidrogenlə işləyən 25 gəmi var.

Seanews.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır