Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-29,
Seanews
Heyder Eliyev

Yelkənli “Manta”nın 2025-ci ildə dənizə çıxması nəzərdə tutulur

Plastik tullantıların toplanması və təkrar emalı ideyası həm ekoloqlar, həm də təkrar emal müəssisələrinin mütəxəssisləri arasında getdikcə populyarlaşır. Nəticədə, alternativ hərəkət sistemləri ilə təchiz edilmiş gəmilərin orijinal dizaynları doğulur.

“Seanews.az” xəbər verir ki, bu dəfə yeni okean zibil yığanının yaradılmasının təşəbbüskarı “SeaCleaners” qeyri-kommersiya təşkilatıdır. İdeyanın həyata keçirilməsinə iki gəmiqayırma şirkətinin - Fransanın “Ship-ST” və Norveçin “LMG Marin”-in konstruktorları kömək ediblər.

Birgə səylərin nəticəsi qeyri-adi bir gəminin - yeni nəsil yelkənli gəminin yaranması ilə nəticələnib.

Layihə “Bureau Veritas” təsnifat cəmiyyəti tərəfindən bəyənilib.

“Manta” adlandırılan təxminən 56 metr (183 fut) uzunluğu və 26 metr (85 fut) enində olacaq iki gövdəli katamaran hər biri dörd yelkən qaldıra bilən iki 60 metrlik dayaqla təchiz ediləcək.

Üzən plastik tullantılar suyun səthindən və beş metrə qədər dərinlikdə ikisi yan tərəflərdə, biri isə mərkəzi hissədə yerləşən üç damcı formalı tral vasitəsilə toplanacaq.

Toplanan “zibillər” daha sonra çeşidlənməsi, təmizlənməsi və sonrakı emal üçün avtomatik xəttə göndəriləcək. Onlardan emal məhsullarının bir hissəsinin gəminin dirəklərə və yelkənlərə əlavə olaraq təchiz ediləcəyi köməkçi hərəkət sistemi üçün yanacaq kimi istifadəsi istisna olunmur.

Özünün birləşmiş təkan sistemindən istifadə etməklə “Manta” maksimum 12 düyünə qədər sürət yığa biləcək. Plastik tullantıların toplanması əməliyyatı zamanı isə 2-3 düyünlə hərəkət edəcək.

Plastik tullantıların faktiki toplanması və emalı ilə yanaşı, gəmidən okeanların çirklənməsi problemlərinin tədqiqi, həmçinin ümumi təhsil və elmi proqramların həyata keçirilməsi üçün özüyeriyən platforma kimi istifadə edilməsi nəzərdə tutulur.

“Manta”nın 2025-ci ildə dənizə çıxması nəzərdə tutulur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır