Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-29,
Seanews
Heyder Eliyev

Konteyner gəmilərinin tikintisi sifarişləri artır

Yeni konteyner gəmilərinin tikintisi üzrə sifarişlər qovluğunun 1 min gəmi həddinə yaxınlaşması və konteyner daşımalarına tələbatın pik həddə çatması fonunda xətt üzrə yeni sifarişlərin qəbulu planlaşdırılır.

“Alphaliner”-in  məlumatlarına görə, ən yaxşı 10 qlobal konteyner xəttindən ən azı üçü Asiya gəmiqayırma zavodlarına sifariş verdiyini elan edə bilər.

Onların arasında 15-17 min TEU tutumlu konteyner gəmilərinin inşası ilə bağlı danışıqlar aparan “Evergreen” də var. Söhbət 10 gəmi üçün müqavilədən, üstəlik daha 10-a qədər seçim imkanından gedir.

“Yang Ming” şirkəti beş 15 000 TEU tutumlu gəmi, üstəlik bir variantda daha beş konteynerdaşıyanı sifariş vermək imkanını araşdırır. “Yang Ming” ilk onluğun digər şirkətləri arasında sifarişlər qovluğunun hazırda boş olması ilə seçilir.

Nəhayət, “”CMA CGM” şirkəti bu ilin iyun ayında “Dalian Shipbuilding Industry” gəmiqayırma zavoduna verdiyi 15 000 TEU tutumlu metanolla işləyən gəmilərin tikintisi sifarişini altı gəmidən on ikiyə qədər artıra bilər.

"Bütün bu sifarişlər yaxın həftələrdə verilərsə, qlobal sifarişlər qovluğu təxminən 8 milyon TEU-ya çatacaq ki, bu da hazırkı konteyner donanmasının ümumi tutumunun təxminən 34%-ni təşkil edir", - “Alphaliner” qeyd edir.

Seanews.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır