Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-29,
Seanews
Heyder Eliyev

“Xing Yuan” gəmisinin qəzasından dəymiş ziyan 227 milyon rubl qiymətləndirilir

2021-ci ilin dekabrında “Xing Yuan” quru yük gəmisinin Saxalində qəzaya uğraması nəticəsində dəymiş ziyan 227 milyon rubl qiymətləndirilir.

“Seanews.az”-ın məlumatına görə, Saxalin vilayətinin Xolmski dəniz limanının akvatoriyasında olan “Xing Yuan” gəmisi pis hava şəraiti səbəbindən 2021-ci il dekabrın 6-da sahildən 50 metr aralıda saya oturub. Gəmidə olan heyət üzvlərinin hamısı - 12 Çin vətəndaşı sahilə çıxarılıb.

2021-ci il dekabrın 24-dək gəmidən 118,27 kubmetr neft məhsulları xaric edilib.

2022-ci ilin yanvarında Dəniz Xilasetmə Xidməti “Xing Yuan” quru yük gəmisini neft məhsullarından tamamilə təmizlədiyini bildirib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır