Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-29,
Seanews
Heyder Eliyev

Sıxılmış hidrogen daşıyacaq tankerin layihəsi bəyənilib

Avstraliyanın “Provaris Energy” şirkəti 26.000 kubmetr sıxılmış hidrogen daşıyacaq tankerin “H2Neo” layihəsi üçün Amerika Gəmiçilik Bürosu (“ABS”) təsnifat cəmiyyətindən icazə alıb.

“Hidrogenin qlobal miqyasda nəqli yolunda növbəti addımımız hidrogen çəninin prototipinin tikintisi, sınaqdan keçirilməsi və seçilmiş tərsanədə gəminin tikintisinə hazırlıq olacaq”, - deyə şirkətdən bildirilib. Gəmiqayırma zavodunun 2023-cü ildə seçiləcəyi gözlənilir. Tender prosedurları və gəmiqayırma zavodunun seçimi Britaniyanın “Clarksons” şirkəti ilə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək.

Layihənin işlənib hazırlanmasına 2020-ci ildə başlanılıb və 2021-ci ildə “ABS”-dən sıxılmış hidrogenin nəqli üçün iki sinif qaz daşıyıcısı - 26 000 kubmetr tutumlu “H2Neo” və 120 min kubmetr tutumlu “H2Max” üçün prinsipcə təsdiq alınıb.  

“Provaris” şirkəti “H2Neo”-nu 2023-cü ildə, “H2Max”-ı isə 2026-cı ildə tikintiyə hazırlıq mərhələsinə çatdırmaq niyyətindədir.

Qaz daşıyıcıları müvafiq olaraq 2026-cı ildə (kiçik) və 2030-cu ildə (böyük) tikilməlidir ki, 2026-cı ildən qlobal miqyasda sıxılmış hidrogenin nəqlinə başlamaq mümkün olsun. Bu tarixlər Avstraliyada hidrogen istehsalı və tədarükünü inkişaf etdirmək planlarına uyğundur.

Sıxılmış hidrogen 250 bar təzyiq altında gəminin sağ və sol tərəflərində yerləşən iki silindrik çəndə daşınacaq. Şirkətdən bildiriblər ki, bu təzyiq hidrogenin buxarlanmasının qarşısını alır və nəql zamanı izolyasiya və enerji tutumlu soyutma ehtiyacını aradan qaldırır.

Əlavə təhlükəsizlik tədbirlərinə xüsusi proqram təminatından istifadə etməklə tankların vəziyyətinin və bütövlüyünün daimi monitorinqi daxildir.

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır