Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-29,
Seanews
Heyder Eliyev

“İrgiz” təchizat-yedək gəmisi təmirdən sonra yenidən dənizçilərin ixtiyarına verilib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”  QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasına məxsus  “İrgiz” təchizat-yedək gəmisi “Bibiheybət” Gəmi Təmiri Zavodunda təmir olunub.

Gəmi tərsanəyə qaldırılaraq gövdənin sualtı və suüstü hissəsində zədələnmiş sahələr dəyişdirilib, avar qurğularının, dib-yan armaturlarının, protektor qurğularının təmiri aparılıb, sualtı və suüstü hissələri təmizlənərək rənglənib.

Bundan başqa, FRS qurğusu proqram əsasında sınaqdan keçirilib, braşpil qurğusu, boru sistemləri təmir edilib. Gəmidə “areston” tipli 200 litrlik su qızdırıcı quraşdırılıb, elektrik avadanlıqlarında zəruri təmir işləri yerinə yetirilib.

Heyətin yaşayış və xidməti otaqlarında cari təmir işləri həyata keçirilib, gəminin sağ və sol göyərtələrində qoruyucu gövdə şinləri asılıb, üst tikili göyərtələr təmizlənərək rənglənib.

Təmirdən sonra gəmi dəniz sınağına çıxarılıb. Uğurla başa çatan sınaqdan sonra “İrgiz” yenidən dənizçilərin ixtiyarına verilib.

Qeyd edək ki, sözügedən təchizat-yedək gəmisinin uzunluğu 54,6, eni 11,6 metrdir. Gəmi  4340 at gücünə malik mühərriklərlə təchiz olunub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır