Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

Dünyanın ən böyük kruiz gəmisinin tikintisi tezliklə başa çatdırılacaq

Finlandiyada dünyanın ən böyük kruiz gəmisi "İcon of the Seas"-in tikintisi tezliklə başa çatdırılacaq.

“Seanews.az”  xəbər verir ki, 360 metr uzunluğunda və 50 metr enində olan layner noyabrda Turku tərsanəsindən Karib dənizinə yola düşəcək.

2800 kayutu olan gəmi göyərtəsinə 7600 sərnişini qəbul edə bilər.

“Royal Caribbean Group” Finlandiyanın 6000 işçisi olan gəmiqayırma zavoduna “Icon of Seas” layneri ilə eyni ölçüdə daha iki kruiz gəmisi sifariş edib. Onlar 2025 və 2026-cı illərdə inşa ediləcək.

Turku tərsanəsi yeni sifarişlər üçün digər Avropa tərsanələri ilə rəqabət aparır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır