Meksikada kran gəmisi saya oturub
“VB 10 000” kran gəmisi yanvarın əvvəlində Meksikanın Syudad-del-Karmen şəhərinin sahilləri yaxınlığında saya oturub.
“Seanews.az” xəbər verir ki ağır “pəncəli” gəmi 2019-cu ildə ABŞ sahillərində çevrilən "Golden Ray" avtomobil daşıyıcısının qaldırılması əməliyyatında iştirak edib. Noyabrın əvvəlində avtomobil daşıyan gəminin sonuncu hissəsinin qaldırılması əməliyyatı başa çatdıqdan sonra gəmi Meksikadakı Ku-Malub-Zaap yatağına doğru istiqamət götürüb. Lakin yedəyə alındıqdan bir müddət sonra yedəkləmə xətlərindən qoparaq saya oturub.
Hadisə zamanı “VB 10 000”-in göyərtəsində heyət olmayıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır