Yanmış bərəyə yedəkdə aparıldığı limanda ətraflı baxış keçiriləcək
Yanğın nəticəsində zərər görən “Euroferry Olympia” bərəsi yedəklə Yunanıstanın Aetolia-Acarnania bölgəsindəki limana aparılacaq.
“Seanews.az” xəbər verir ki, bu barədə Yunanıstanın Sahil Mühafizəsinin məlumatında bildirilib. Qeyd olunub ki, limanda gəminin vəziyyəti yoxlanılacaq. İtkin düşən sərnişinlərin yaxınları da limana aparılacaq.
Xatırladaq ki, “Euroferry Olympia” bərəsində baş verən yanğın nəticəsində 278 sərnişin və heyət üzvü təxliyə edilsə də, 12 nəfər itkin düşüb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır