Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-23,
Seanews
Heyder Eliyev

Bu gün Ukrayna limanlarını tərk edən 7 gəminin anbarlarında 177,5 min ton kənd təsərrüfatı məhsulları var

Bu gün taxıl sazişinin icrası çərçivəsində Ukraynanın Odessa, Yujnı və Çernomorsk limanlarını yeddi gəmi tərk edib.  

Ukrayna İnfrastruktur Nazirliyinin “Telegram” kanalı xəbər verir ki, gəmilərin anbarlarında Afrika, Asiya və Avropa ölkələri üçün 177,5 min ton kənd təsərrüfatı məhsulları var.

Ukraynadan ilk gəminin yola salınmasından indiyədək 7 milyon ton kənd təsərrüfatı məhsulları ixrac edilib.

Xatırladaq ki, 2022-ci ilin iyulunda aparılan danışıqlar nəticəsində Ukrayna limanlarından taxıl ixracına dair iki saziş bağlanıb: bir sənəd Türkiyə, Ukrayna və BMT, ikincisi isə Türkiyə, Rusiya və BMT arasında imzalanıb. Müqavilələrdə kənd təsərrüfatı məhsullarının ixracının üç limandan - Odessa, Çernomorsk və Yujnıdan həyata keçirilməsi nəzərdə tutulur. Sövdələşmə 120 gün müddətində qüvvədə olacaq, sonra uzadılması mümkündür. Müqavilə çərçivəsində avqustun 1-də Ukrayna taxılı olan ilk gəmi Odessa limanını tərk edib.

“Seanews. az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır